Terimi əvəzləyə biləcək şəxslərin adları - Açıqlandı

terimi-evezleye-bilecek-sexslerin-adlari
Oxunma sayı: 653

Türkiyə millisinin baş məşqçisi Fatih Terimin istefasından sonra ay-ulduzlu komandaya kimin rəhbərlik edəcəyi müzakirə mövzusu olub.

“Qafqazinfo”nun “Hurriyet”ə  istinadən verdiyi məlumata görə, Türkiyə Futbol Federasiyası (TFF) komandanın başına təcrübəli və Türkiyə futbolunu yaxşı tanıyan bu 3 şəxsdən birini –Şenol Güneş, Mustafa Denizli ve Mircea Lucescunu gətirməyi planlaşdırır.

TFF-nin ən çox “Beşiktaş”ın texniki direktoru, 65 yaşlı Ş. Güneşə üstünlük verdiyi bildirilir.