“Tərlan Əhmədovu öz üsullarımla cəzalandıracam” - Ramin Musayev

“Tərlan Əhmədovu öz üsullarımla cəzalandıracam”
Oxunma sayı: 2093

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədovla münasibətlərinə dair yeni açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, qol.az-a müsahibəsində bununla bağlı deyib: "Tərlanın mənə qarşı bir səhvi olmayıb. Onun özünə qarşı səhvi olub. Etdiyi səhv ona yaraşmır. Buna görə ondan incimişəm. Etdiyi səhv həm şəxsi, həm futbol fəaliyyəti ilə bağlıdır. İnsan işdə səhvə yol verə bilər.  Ancaq həyatda gərək özünə qarşı səhv etməyəsən. Bunu onun böyük qardaşı kimi deməyə haqqım var".

R.Musayev bildirib ki, yaxın vaxtlarda T.Əhmədovla görüşəcək: "Onu öz üsullarımla cəzalandıracağam. Amma ona zəng etməməyim, bir çox zənginə cavab verməməyim də Tərlan üçün bir cəzadır. Ona icmarışımı çatdırmışam. Tərlana böyük dərs oldu. O, gözəl məşqçidir. Onu pis insan kimi də tanımıram. Çünki mən Tərlanla dostluq etməmişəm. Nə vaxtsa birgə çörək yediyim yadıma gəlmir. Onunla ancaq çay içmişik. Amma "Neftçi" və AZAL-da çalışanda gördüm ki, bacarığı var. Mən də ona dəstək olmağı özümə borc bildim. Tərlanın "Neftçi"yə baş məşqçi vəzifəsinə gətirilməsinə peşman deyiləm. O, "Neftçi"də pis nailiyyətlər göstərmir".


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi