“Terminator” geri dönür - Vaxt açıqlandı

“Terminator” geri dönür
Oxunma sayı: 1054

Məşhur “Terminator” filminin yeni seriası çəkiləcək.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, “Terminator” film seriyasının yaradıcısı Ceyms Kameron seriyanı düzgün səmtə yönləndirməyi söz verib.

Yeni film, klassik trilogiyaya son qoyacaq və yeni trilogiyanın yaranmasına imkan verəcək.

“Biz, Terminator və Terminator 2 filmlərindəki hadisələrin davamını çəkəcəyik. Beləliklə yerdə qalan filmlərin isə sadəcə olaraq qorxulu yuxu olduğunu hesaba alırıq”, – deyə Ceym Kameron bildirib.

Filmin rejissoru isə “Deadpool”u çəkmiş Tim Miller olacaq. Artıq qocalmış Arnold Schwarzenegger və Linda Hamilton, T-800 və Sarah Connor rollarına geri qayıdacaqlar. Öncəki konsepsiyalarda Terminator obrazının cavanlaşdırılması ideyasından Kameron imtina edib.

Yeni “Terminator 3” filminin 26 İyul 2019-cu ildə izləyicilərə təqdim olunacağı açıqlanıb


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi