Terror zamanı yaralananlardan 15-nin vəziyyəti ağırdır

terror-zamani-yaralananlardan-15-nin-veziyyeti-agirdir
Oxunma sayı: 635

İspaniyanın Kataloniya vilayətinin mərkəzində baş vermiş terror aktında yaralananların 59-u hazırda xəstəxanadadır.

“Qafqazinfo” “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, onlardan 15-nin vəziyyəti ağırdır.

Kataloniya hökumətinin yaydığı məlumata görə, terror aktı zamanı yaralanmış 126 nəfərdən 67-i müalicə müəssisəsindən buraxılıb.  Xəstəxanada qalan 59 nəfərdən isə 15-nin vəziyyəti kritik olaraq qiymətləndirilir. 

Kambrils şəhərindəki yaralılardan  dördü evə buraxılıb, daha dördünün isə müalicəsi davam etdirilir.