Terrorçu qruplaşmanın liderinə ağır zərbə

terrorcu-qruplasmanin-liderine-agir-zerbe
Oxunma sayı: 646

“Qafqazinfo”nun “Deyerler.org”a istinadən verdiyi məlumata görə, hakimiyyət qüvvələri terrorçu qruplaşmanın bazasına zərbə endirən zaman qruplaşmanın rəhbəri ağır yaralansa da, onu həmin ərazidən qaçırdıblar.

Mərkəzi Londonda yerləşən Suriya İnsan Haqları Monitorinqi Mərkəzinin məlumatına görə, Qolani ayağından xəsarət alıb. Onun ayağının amputasiya ediləcəyi bildirilir.

Qeyd edək ki, “Əl-Nusra cəbhəsi” “Əl-Qaidə”yə bağlı silahlı qruplaşmadır və ABŞ tərəfindən də terrorçu qruplaşma kimi tanınsa da Suriyada müxalifətin tərəfində döyüşür.