Terrorçudan siyasi açıqlama

terrorcudan-siyasi-aciqlama
Oxunma sayı: 635

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, Karayılan Barzani ailəsinin qəzeti olan “Rudav”a verdiyi müsahibəsində Məsut Barzaninin PKK ilə Türkiyəni danışıqlar masasına oturtmaq üçün əlindən gələni etdiyini deyib. Onun sözlərinə görə, Barzani Türkiyədəki kürd probleminin siyasi üsullarla həll edilməsinə çalışır: “Kürdüstan bölgəsinin lideri Barzani bu problemin siyasi vasitələrlə həllini istəyir. Biz də bu problemin siyasi üsul və dialoqlarla həllinin tərəfdarıyıq”.

Murat Karayılan həmçinin son bir neçə il ərzində Türkiyə ilə PKK arasında görüşlərin keçirildiyini qeyd edib. Eyni zamanda, Türkiyə ilə İran arasında ortaq əməliyyatların keçirilməsi ehtimalının olmadığını deyən Karayılan hazırda PJAK ilə İran arasında atəşkəs olduğunu və hər iki tərəfin bu atəşkəsi davam etdirəcəyini vurğulayıb.

Səidə