Terrorçular 111 məktəblini oğurladılar

terrorcular-111-mekteblini-ogurladilar
Oxunma sayı: 1016

“Boko Haram” terror qruplaşmasının üzvləri Nigeriyanın Yobe ştatında 111 məktəblini oğurlayıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, daha əvvəl təkcə 46 qızın yoxa çıxması xəbəri yayılmışdı, lakin polis bunu təkzib etmişdi. 

Qeyd edək ki, 2014-cü ilin aprelində terror qruplaşması 276 nigeriyalı şagirdi oğurlamışdı. Qruplaşma rəhbəri onları həbs olunan terrorçularla əvəz etməyi təklif etmişdi. Lakin hökumət bundan imtina etmişdi. 

2016-cı ilin avqustundan “Boko Haram” sağ qalan girovların əks olunduğu video paylaşmışdı. Həmin kadrlarda bütün məktəblilər yox idi. Terrorçular bəyan etmişdilər ki, yerdə qalan digər məktəbli qızlar aviazərbələr nəticəsində ölüblər. 

Daha sonra oğurlanan 20-dən çox məktəbli Qırmızı Xaç Cəmiyyətinin vasitəçiliyi ilə azadlığa çıxıb, bəziləri qaçmağa müvəffəq olub, bəziləri isə Nigeriya hökuməti tərəfindən terrorçularla dəyişdiriliblər. 

Qeyd edək ki, Nigeriyada fəaliyyət göstərən “Boho Haram” radikal islam qruplaşması təhsilin qərb modeli əleyhinədir və bütün ölkədə şəriəti yaymağa çalışır.