Terrorçular daha iki mövqeyini itirdi - Ölü sayı artdı

Terrorçular daha iki mövqeyini itirdi
Oxunma sayı: 1482

Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən Suriyanın Afrin bölgəsində keçirilən “Zeytun budağı” əməliyyatında zərərsizləşdirilən terrorçu sayı 1551-ə çatıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, bu gün qurudan və havadan həyata keçirilən əməliyyatlar nəticəsində 23 terrorçu məhv edilib.

Bundan başqa, Racu bölgəsində Həsən Kelkavi və Cələmə kəndləri azad edilib.

Bununla da əməliyyatın başladığı 20 yanvar tarixindən etibarən 17-si strateji yüksəklik, 44-ü kənd olmaqla, ümumilikdə 65 məntəqə terrorçulardan təmizlənib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi