Terrorçular İran parlamentinə qadın paltarında giriblər

terrorcular-iran-parlamentine-qadin-paltarinda-giribler
Oxunma sayı: 819

İran parlamentinə hücum edən terrorçular qadın paltarında olublar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın daxili işlər nazirinin müavini Muhammed Hüseyn Zülfüqar məlumat verib. 

Son məlumata görə, artıq bütün terrorçular təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən məhv ediliblər. Hücum nəticəsində 12 nəfər ölüb, azı 39 yaralı var. 

Terror hücumuna görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.