Terrorçular polisləri oğurlayıb qətlə yetirdilər

terrorcular-polisleri-ogurlayib-qetle-yetirdiler
Oxunma sayı: 1100

Hindistanda bir qrup silahlı şəxs polisləri oğurlayaraq qətlə yetirib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, olay ölkənin şimalındakı Cammu və Kəşmir ştatında baş verib. Məlumata görə, yaraqlılar Şopian dairəsində 4 polisin evinə soxularaq onları oğurlayıblar. Bir neçə saat sonra 3-nün cəsədi tapılıb, birini azad etmək mümkün olub. Ölkənin DİN nümayəndəsi yerli kanalda çıxışı zamanı bildirib ki, hakimiyyət terrorçuları təzyiq altında saxlayır, onlar çox şey edə bilmirlər:

“Düşünürəm ki, onlar öz məyusluqlarının əvəzini polislərin evlərinə hücum edərək çıxırlar”.

Yerli məmurlar da eyni fikirdə olduqlarını, hücumun hakimiyyətin hərəkətlərinə cavab olduğunu bildirirlər. 

Aysel Kərimova