Terrorçulardan Türkiyə əsgərlərinə hücum - 2 şəhid, 2 yaralı

terrorculardan-turkiye-esgerlerine-hucum
Oxunma sayı: 742

İraqın şimalında terrorçulara qarşı əməliyyata hazırlaşan Türkiyə Silahlı Qüvvələrinin (TSQ) əsgərlərinə hücum olub.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum nəticəsində 2 əsgər şəhid, daha ikisi isə yaralanıb.

TSQ-dan şəhid ailələrinə başsağlığı verilib və terrorçularla mübarizənin əzmkarlıq davam etdiriləcəyi bildirilib.