Terrorçuların telekanlının peykdə yayımı dayandırıldı

terrorcularin-telekanlinin-peykde-yayimi-dayandirildi
Oxunma sayı: 645

İslamazeri.az-ın TRT-ə istinadən verdiyi xəbərə görə, Danimarka Radio və Televiziya Şurası terror təşkilatı ilə əlaqəsi Kopenhagen məhkəməsi tərəfindən də təsdiqlənən ROJ TV ilə bağlı yeni araşdırma başladıb.

Şura 6 ay ərzində qərar verəcək. Daha əvvəl Şura ROV TV-nin lisenziyasının ləğv edilməsi tələbini 3 dəfə rədd edib.

Bu arada "Eutelsat" dünən gecə ROJ TV-nin yayımını tamamilə kəsib. Müxtəlif peyk şirkətləri ilə əlaqə quran, amma nəticə ala bilməyən ROJ TV indi yalnız internetdən yayımlana bilir.