Terrorçuluqda ittiham olunan şəxs apellyasiya şikayəti verib

terrorculuqda-ittiham-olunan-sexs-apellyasiya-sikayeti-verib
Oxunma sayı: 804

Suriya və Pakistanda terrorçu birliklərin tərkibində döyüşməkdə təqsirləndirilən Rövşən Qədirov barəsindəki hökmdən apellyasiya şikayəti verib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, Quba rayonunun sakini R.Qədirov qazanc üçün Türkiyəyə gedib. Orada İbrahim adlı Türkiyə vətəndaşı ilə tanış olub.

Onun təsiri altında R.Qədirov 2009-cu ildə cihad üçün Pakistana gedib və "Yunus" ləqəbli komandirin rəhbərlik etdiyi "Türk camaatı"na qoşulub.

Amma sonradan ordakılarla fikir ayrılıqları yaranıb və 2010-cu ilin martında Türkiyəyə qayıdıb. 2011-ci ilin sentyabrında R.Qədirov yenidən cihadda iştirak etməyə qərar verib, bu dəfə Suriyaya yola düşüb. Amma 2012-ci ilin yanvarında yaralandığı üçün Türkiyəyə qayıdıb.

Bu il aprelin 17-də o, Azərbaycana gəlib və bir müddət sonra həbs olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Qədirov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Onun bu cəzadan narazı qalaraq verdiyi şikayət icraata götürülüb, və proses oktybarın 16-da davam etdiriləcək.

İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasov sədrlik edir.

Murad Əhməd