Terrordan sonra dünyanın danışdığı foto - Biri müsəlman, digəri yəhudi

terrordan-sonra-dunyanin-danisdigi-foto
Oxunma sayı: 828

Mançesterdə 22 nəfərin öldüyü terror hücumu qurbanlarının anım mərasimində çəkilən bir görüntü dünya mediasında böyük marağa səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, fotoda müsəlman Sadiq Patellə yəhudi qadın Raçel Bləkin bir-birilərinə sarılaraq təsəlli etdikləri görüntülənib. 

İngiltərənin The Independent qəzeti görüntünü “birliğin simvolu” kimi təqdim edib.