“Terrorizmə qarşı koalisiyanın yaradılmasını bütün dinlərin vəzifəsidir” - Ağ Ev

terrorizme-qarsi-koalisiyanin-yaradilmasini-butun-dinlerin-vezifesidir
Oxunma sayı: 725

Terrorizmə qarşı mübarizə üçün koalisiyanın yaradılmasını bütün din nümayəndələrinin ümumi vəzifəsidir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu beynəlxalq turne zamanı ABŞ prezidenti Donald Trampı müşayiət edən Ağ Evin yüksək səviyyəli rəsmisi bildirib.

“Tunre çərçivəsində müsəlmanlığı, yəhudiliyi və xristianlığı birləşdirməyi zəruri saydıq”,-deyə o, jurnalistlərlə keçirilən brifinqdə vurğulayıb.

“Biz həqiqətən göstəririk ki, radikal terrorizmin dövrümüzdə ən böyük problemlərdən biridir. Hər kəsi koalisiyada birləşdirərək bu problemin yalnız müsəlman, yəhudi və xristianların deyil, ümumi beynəlxalq problem olduğunu göstərmək olar”,- deyə Ağ Ev nümayəndəsi qeyd edib.