Tərtər və Yevlax kəndlərinə təbii qaz verilib

terter-ve-yevlax-kendlerine-tebii-qaz-verilib
Oxunma sayı: 646

ARDNŞ-dən “Qafqazinfo”ya verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin, Tərtər və Yevlax rayonlarının rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər. Bildirilib ki, 100 abonenti olan Qapanlı kəndinin qazlaşdırılması məqsədilə aparılan tikinti işləri zamanı birpilləli sistem əsasında ümumi uzunluğu 7500 metr olan müxtəlif diametrli polietilen qaz xətti çəkilib, 100 ədəd sayğac və tənzimləyici quraşdırılıb.

Yevlax rayonunun Salahlı kəndinin qazlaşdırılması üçün 19,5 kilometr uzunluğunda müxtəlif diametrli polietilen və 9,6 kilometr uzunluğunda metal daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 410 ədəd sayğac və tənzimləyici quraşdırılıb.

Nigar Məmmədli