Tərtərdə “Bayraq yürüşü” keçirildi

Tərtərdə “Bayraq yürüşü” keçirildi
Oxunma sayı: 513

Təhsil Nazirliyi Müdafiə Nazirliyi və “ASAN xidmət”lə birgə Tərtər rayonunda 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirilib.

"Qafqazinfo" xəbər verir ki, yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.

Yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, millət vəkilləri, “ASAN xidmət”in əməkdaşları,  hərbçilər,   tanınmış ziyalılar, idmançılar,  müəllim və şagirdlər,  QHT və  KİV nümayəndələri iştirak edib.

 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi