Tərtərdə evli kişi başqa qadını qaçırdı - Video

Tərtərdə evli kişi başqa qadını qaçırdı
Oxunma sayı: 2944

Tərtərdə evli kişi başqa qadını qaçırıb.

“Qafqazinfo”nun Xezerxeber.az-a istinadən məlumatına görə, Tərtər rayonunun Azadqaraqoyunlu kənd sakini, 22 yaşlı Şahnaz Heydərli 3 il əvvəl sevdiyi oğlan, həmkəndlisi Vahid Qasımlı ilə ailə qurub. Hazırda cütlüyün 2 yaşlı bir qız övladı var. İkinci uşağa hamilə olan qadının bir neçə aydan sonra körpəsi dünyaya gələcək. Bir neçə gün əvvəl aldığı bir xəbər isə onu şoka salıb. Belə ki, onun həyat yoldaşı Vahid Qasımlı başqa bir qızı evlənmək məqsədilə qaçırıb.

Ş. Heydərli deyir ki, son vaxtlar atası ağır xəstəlikdən əziyyət çəkdiyindən tez-tez ona baş çəkməli olub. Bu isə qayınanasının narazılığına səbəb olub. Söz-söhbət böyüyüb və cütlük arasında narazılıq yaranıb.

Gənc gəlinin dediyinə görə, həyat yoldaşının başqaları ilə telefonda yazışdığını da bilib, amma bunu qabartmayıb.

Həyat yoldaşının onunla nikahda ola-ola başqasını qaçırması aralarındakı münasibətlərin tamamilə qopmasına səbəb olub. İndi Şahnaz boşanmaq istəyir.

Sayt qarşı tərəfin mövqeyini də öyrənmək istəyib, amma Vahid Qasımlını kənddə tapmaq mümkün olmayıb.

Kənd sakinləri bildiriblər ki, o, Bakıya köçüb. V. Qasımlının mobil telefonuna da zəng çatmayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi