“Tərxun” və “Duşes” də yararsız çıxdı

terxun-ve-duses-de-yararsiz-cixdi
Oxunma sayı: 2383

“Qafqazinfo”ya daxil olan məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunması, habelə sərinləşdirici içkilərin istehsalında mənşəyi məlum olmayan qatqılardan istifadə olunması səbəbindən bu sahibkar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verilməsi ilə bağlı işə baxılıb və “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğuna görə sahibkar Emin Hacıyevə 1,1 min manat maliyyə sanksiyası tətbiq edilib.

Nigar Məmmədli