Təşkilata yeni sədr seçildi

teskilata-yeni-sedr-secildi
Oxunma sayı: 654


Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, konfransda Təşkilatın Əsasnaməsinə əlavə və düzəlişlər edilib, eyni zamanda təşkilatı məsələyə baxılıb. Səsvermənin nəticələrinə görə Afsəddin Nəbiyev AMİP Gənclər Təşkilatının yeni sədri seçilib. Qəhrəman Sadıqov təşkilat, Ayxan Etibaroğlu ictimayyətlə əlaqələr, Nicat Cavanşir isə beynəlxalq məsələlər üzrə sədrin müavinləri postlarını tutublar. Həmçinin 9 nəfərdən ibarət İdarə Heyətinin tərkibi də müəyyələşib.

Konfransada ölkədə baş verən hadisələr və ictimai-siyasi proseslərdə gənclərin rolu da geniş müzakirə edilib, AMİP GT-nın fəaliyyət istiqamətləri ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Toplantının sonunda AMİP-çi gənclər Azərbaycan gəncliyinə müraciət ünvanlayıb.