“Tesla Roadster” Marsdakı bioloji həyatı məhv edə bilər

“Tesla Roadster” Marsdakı bioloji həyatı məhv edə bilər
Oxunma sayı: 1100

Elon Mask tərəfindən kosmosa göndərilmiş Tesla Roadster avtomobili Mars planetindəki bioloji həyatı məhv edə bilər.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, bunun Yer kürəsi, atmosfer və planetlər üzrə elmlər ilə məşğul olan professor Jay Melosh bildirib.

Onun sözlərinə əsasən, sözügedən avtomobil xüsusi sanitariya proseslərindən keçməyib və nəticədə Mars planetinə Yer kürəsinin bakteriyalarını göndərə bilər. Həmin bakteriyalar isə vakuumda məhv olmaq əvəzinə sadəcə olaraq uzunmüddətli yuxuya gedəcəklər.

“Əgər Marsda bioloji həyat mövcuddursa, onda o, Yer kürəsinin bakteriyaları ilə qarışmaq riski ilə qarşı-qarşıyadır. Yer kürəsinin nümayəndələri Mars şəraitinə adaptasiya ola bilərək onu ələ keçirdə biləcəklərmi? Bu halda biz Mars planetinin hansı biosferaya sahib olduğunu bilməyəcəyik” – deyə Melosh vurğulayıb.

O güman edir ki, ekstremal temperatur, aşağı təzyiq və kosmik radiasiyaya baxmayaraq Yer kürəsinin bakteriyaları məhv olmurlar. Onlar sadəcə olaraq yuxuya gedirlər və Mars planetində müəyyən şəraitlər altında yuxudan oyana bilərlər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi