“Tesla”nın gizli saxladığı maşının görüntüləri yayıldı - Foto

teslanin-gizli-saxladigi-masinin-goruntuleri-yayildi
Oxunma sayı: 4019

“Tesla” şirkəti bu ay özünün ilk elektrikli yük maşınını təqdim edəcək.

“Qafqazinfo” “Technote”yə istinadən xəbər verir ki, şirkət gizli saxladığı yük maşınının fotosu artıq “Reddit” saytında yerləşdirilib. Foto Kaliforniyada test üçün poliqonlardan birində çəkilib.

Fotodan da görmək olar ki, “Tesla Semi” radiator üçün nəzərdə tutulmuş çərçivəyə sahib deyil. Əslində elektrikli yük maşını üçün o heç lazım da deyil. Sözügedən avtomobilin bir dəfə şarj olunmaqla 300-500 km yol qətt edə biləcəyi bildirilib.

Yeni yük avtomobilinin təqdimatı oktyabrın 26-na planlaşdırılıb.