Təşviqat kampaniyası bu gün başa çatır

tesviqat-kampaniyasi-bu-gun-basa-catir-
Oxunma sayı: 637

Dmitriy Medvedev Rusiya vətəndaşlarını mühüm və düzgün addım ataraq seçkidə iştirak etməyə çağırıb. Seçki kompaniyasında qeydiyyatdan keçmiş bütün 7 siyasi partiyanın hamısının iştirak etdiyini deyən prezident Medvedev onlar üçün azad və bərabər rəqabət üçün mühüm şəraitin yaradıldığını da qeyd edib. «Seçki- demokratiyanın mühüm təzahürlərindən biridir. Sizin bu seçkidə şəxsən iştirakınız bizi yeni parlamentin necə olacağını qərara alacaq. Hər bir yeniyetmə vətəndaş seçki məntəqəsinə gələrək etibar etdiyi siyasi qüvvəyə azad səs vermək hüququna malikdir.»

Qeyd edək ki, Rusiyada dekabrın 4-də Dövlət Dumasının 6-cı çağırışına keçiriləcək seçkiyə təşviqat kampaniyası bu gün başa çatır. Telekanalların efirində sonuncu seçkiqabağı debatlar keçiriləcək və təşviqat çarxları bu gün sonuncu dəfə göstəriləcgək. Müxtəlif şəhərlərdə isə siyasi partiyalara dəstək aksiyaları planlaşdırılıb. Sabah isə «sükut günü» olacaq.

ANS PRESS