Tetçerin dəfni üçün “qonaq siyahısı” hazırlanıb

tetcerin-defni-ucun-qonaq-siyahisi-hazirlanib
Oxunma sayı: 636

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, sağ olan bütün ABŞ prezidentləri, Britaniya baş nazirləri, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton və xanım Tetçerə yaxın olan keçmiş ABŞ prezidenti Ronald Reagan ailəsinin təmsilçisi siyahıdadırlar. Lakin cənab Reyqanın xanımı Nancy Reyqan və keçmiş Sovet lideri Mixail Qorbaçov səhhətlərinə görə mərasimdə iştirak edə bilməyəcklər.

Qeyd edək ki, 2000-dən çox “qonağın” iştirak edəcəyi mərasimin siyahısını hökümətin və Mühafizəkarlar Partiyasının köməyilə “Dəmir ledi”nin ailəsi hazırlayıb.