Tetçerin dəfninə 5,6 milyon dollar xərclənib

tetcerin-defnine-56-milyon-dollar-xerclenib
Oxunma sayı: 640

Ən çox vəsait polis patrulu və digər təhlükəsizlik tədbirlərinə səfr edilib - 1,1 milyon funt (1,6 milyon dollar). Protokol xərclərinə - dəvətlərin göndərilməsi, 2000-dən çox qonağın qəbul edilməsinə 500 min funt (765 min dollar) xərclənib.

Bununla belə, Marqaret Tetçerin qohumlarının xərclədiyi vəsaitin məbləği bu günədək açıqlanmayıb. Ailə üzvləri çiçəklərin və dəfn bürosunun pulunu özləri ödəyiblər.

"Deyli teleqraf" qəzetinin hesablamalarına görə, 88 yaşında dünyasını dəyişən "Dəmir ledi"nin dəfni hər bir vergi ödəyicisinə "cəmi 6 pensə" (9 sent) başa gəlib./anspress/