Tetçerin yas mərasimi gələn həftə olacaq

tetcerin-yas-merasimi-gelen-hefte-olacaq
Oxunma sayı: 664

Londonun Müqəddəs Paul Kilsəsində baş tutacaq mərasim şahzadə Diana və Kraliçanın anası üçün keçirilmiş tədbirlərlə eyni statusda olavaq, lakin bu, dövlət tədbiri olmayacaq.

Mühafizəkarlar partiyasının təmsilçisi olan xanım Thatcher 1979-cu ildən 1990-cı ilə qədər Böyük Britaniyanın baş naziri vəzifəsini icra edib.

O, bazar ertəsi mərkəzi Londonda yerləşən Ritz otelində ürək iflicindən vəfat edib.

Britaniyalılar Thatcherin yas mərasimini hazırlayarkən, dünya siyasətinin liderləri mediaya “baş-sağlığı” bildirib.
Hazırki baş nazir David Cameron deyib ki, o, “böyük britaniyalı” olub.

ABŞ prezidenti Barack Obama isə, Thatcheri “azadlıq çempionu” adlandırıb.

Almaniya Kansleri Angela Merkel isə onun “Avropa diviziyasına qalib gəlmə və Soyuq Müharibənin sonlanmasındakı rolunu unutmayacağını” deyib./BBCAzərbaycanca/