Təxliyyə edilən abituriyentlərin imtahan verəcəyi vaxt açıqlandı

texliyye-edilen-abituriyentlerin-imtahan-vereceyi-vaxt-aciqlandi
Oxunma sayı: 639

Məlum olduğu kimi, dünən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İmtahan zamanı Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda – idman zalında elektrik naqillərində yanğın baş verib.

“Qafqazinfo”nun Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında deyib ki, həmin abituriyentlər üçün növbəti dəfə  keçiriləcək imtahanın tarixi də bəllidir:
 
“Dünən Azərbaycan Kooperasiya Universitetinin əsas binasından kənarda-idman zalında elektrik naqillərində baş verən tüstülənmə zamanı imtahandan kənarda qalan abituriyentlərin narahatlığına əsas yoxdur. İyulun 27-də onlar üçün imtahan keçiriləcək. Xəsarət alan abituriyent olmayıb. Sadəcə tüstülənmə olduğuna görə təhlükəsizliyi qorumaq üçün şagirdlər evakuasiya olunub”.