“Texnikabank” daha bir pul köçürmə sisteminə qoşulub

texnikabank-daha-bir-pul-kocurme-sistemine-qosulub
Oxunma sayı: 682

Bankdan “Qafqazinfo”ya verilən məlumata görə, bu sistem vasitəsilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin törəmə bankları olan “ABB-MOSKVA” və “ABB-GÜRCÜSTAN” arasında pul köçürmələrini həyata keçirmək mümkün olacaq.

“IBA-EXPRESS” pul köçürmə sistemi üzrə tarif dərəcələrinə əsasən, 300 dollar/avro və 9000 rubla qədər köçürmələrə müvafiq olaraq 3 dollar/avro və 90 rubl, 300-dən 500 min dollar/avro və 15 mln. rubla qədər köçürmələrə isə 1% komisyon haqqı tutulur.

“Texnikabank” ASC-nin yaxın vaxtlarda Türkiyənin qabaqcıl köçürmə sistemlərindən biri olan UPT (Ucuz Para Transferi) pul köçürmə sisteminə qoşulacağı da nəzərdə tutulub.

Qeyd edək ki, “Texnikabank” ASC hazırda “Western Union”, “Migom”, “Contact”, “Private Money”, “Blizko”, “Bıstraya Pocta”, “Lider”, “Allure”, “Faster”, “Caspian Money Transfer”, “Zolotaya Korona”, “Xpress Money”, “IBA-EXPRESS” pul köçürmə sistemlərinə qoşulub və Azərbaycan bank bazarında təcili pul köçürmələrinin həcminə görə şəksiz liderdir.