“Texnikabank” fasiləsiz iş rejiminə keçir

texnikabank-fasilesiz-is-rejimine-kecir
Oxunma sayı: 738

Bankın mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu məqsədlə 13.08.2012-ci il tarixdən etibarən bankın Müştəri Xidməti, Nağd vəsaitlərin dövriyyəsi və Kredit departamentlərində müştərilərə saat 09:30-dan 17:00-dək fasiləsiz xidmət göstərilir.

Xatırladaq ki, “Texnikabank” ASC 1993-cü ildə təsis olunub. Bankın ölkə üzrə 35 filialı, 17 şöbəsi mövcuddur. Hazırda bank 762 işçidən ibarət personalı ilə müştərilərinə bütün növ bank xidmətləri göstərir.

Nigar Məmmədli