Texniki fakültələrin tələbələri Azercellə inkişaf edir

texniki-fakultelerin-telebeleri-azercelle-inkisaf-edir
Oxunma sayı: 869


Tədbirdə müxtəlif şirkətlərdən İT mühəndisləri, verilənlər bazaları üzrə mütəxəsislər və texniki sahədə təhsil alan tələbələr də daxil olmaqla, 60 nəfər iştirak edib. Tədbirdə “Oracle verilənlər bazasının performansı” və “Tətbiqi proqramların yoxlanılmasının praktiki metodları” haqqında geniş mühazirələr keçirib. Eyni zamanda tələbələr Barama İnnovasiya Mərkəzinin fəaliyyəti və indiyə qədər həyata keçirdiyi layihələrlə də daha yaxından tanış olublar.

Qeyd edək ki, Azercell-in dəstəyi və Barama İnnovasiya Mərkəzinin köməyi ilə indiyədək Azərbaycanda bir sıra innovativ layihələr həyata keçirilib. “Ümumdünya Startup Müsabiqəsi”, “Baku TechTalks”, “Elm və Texnologiya Sahibkarlığı Proqramı” və digər layihələrin sayəsində bacarıqlı gənclər öz ideyalarını reallaşdırmaq, həmçinin onları beynəlxalq aləmdə təqdim etmək və daha böyük maliyyə dəstəyi almaq imkanı qazanıblar.

Məlumat üçün bildirək ki, Azercell Telekom MMC öz fəaliyyəti boyunca daim gənclərin inkişafına yönələn layihələr həyata keçirir. Şirkətin elan etdiyi Təqaüd Proqramı çərçivəsində Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd alırlar. Eyni zamanda Azercell-in həyata keçiridiyi Sosial Layihələrin böyük bir qismi təhsillə bağlıdır. 2013-cü ildə Azercell ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 0.4 milyon manat, 17 il ərzində isə təqribən 14 milyon manat həcmində vəsait sərf edib.Həmçinin, Azercell aparıcı universitetlərlə əməkdaşlıq edir, bu təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsinə yardım göstərir. Məhz Azercell-in təşəbbüsü və dəstəyi ilə Qafqaz Universitetində ilk dəfə olaraq 4G laboratoriyası quraşdırılıb. Azercell bacarıqlı gənclərin uğurlu karyera qurması üçün hər zaman öz dəstəyini göstərir.