Texnikumlarda plan yerləri açıqlandı

texnikumlarda-plan-yerleri-aciqlandi
Oxunma sayı: 640

Trend-in məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib ki, bu il 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsinə 8727 plan yeri ayrılıb.

Abbaszadə bildirb ki, onlardan 7174 yer Azərbaycan bölməsi, 5538 yer isə rus bölməsinin abituriyentləri üçün nəzərdə tutulub. 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək.