Texnologiyalara ən çox töhfəni hansı universitetlər verir? - Reytinq

texnologiyalara-en-cox-tohfeni-hansi-universitetler-verir
Oxunma sayı: 2898

Elm və texnologiyalara daha çox töhfə verən ali məktəblərin dünya reytinqi açıqlanıb.

“Qafqazinfo” “ICTnews”a istinadən xəbər verir ki, Stenford Universiteti ardıcıl dördüncü dəfə birinci yeri tutub.

Reytinqin ilk beşliyinə yalnız ABŞ universitetləri daxildir. Belə ki, Massaçusets Texnologiya İnstitutu (MIT) ikinci, Harvard Universiteti isə üçüncüdə yerdə qərarlaşıb. Liderlər beşliyini müvafiq olaraq Pensilvaniya və Vaşinqton universitetləri tamamlayıb.

Ölkələr üzrə ali məktəblərin sayına görə reytinqdə isə ilk pillədə ABŞ (49 təhsil müəssisəsi), ikinci və üçüncüdə Almaniya və Yaponiya (hərəyə 9) yer alıb.