Təxribatçı erməni əsgər öldü - Ginnesin Rekordlar Kitabına düşübmüş

texribatci-ermeni-esger-oldu
Oxunma sayı: 1492

Ermənistan Silahlı Qüvvələri Azərbaycan ordusuna qarşı təxribat edərkən itki verib.

“Qafqazinfo”nun “Tert.am” saytına istinadən verdiyi məlumata görə, hadisə martın 28-də saat 13:00-də cəbhənin şərq istiqamətində baş verib.

1997-ci il təvəllüdlü Artak Rafaelyan aldığı güllə yarasından ölüb.

“Femida.az” xəbər verir ki, Ermənistan mətbuatı bu xəbəri xüsusi təəssüf hissi ilə yayımlayıb. Buna səbəbsə məhv edilən əsgərin Ginnesin Rekordlar Kitabına düşməsidir. Beləki, pulemyotçu uzandığı yerdə 11011 dəfə jim etdiyi üçün Ginnesin Rekordlar Kitabına düşübmüş.O həmçinin boksla məşğul olurmuş.

Məlumatda həmçinin 20 yaşlı əsgərin aprel döyüşlərində pulemyotçu kimi iştirak etməsi və medalla da təltif olununması da qeyd olunub.