Teymur Məmmədov çempion oldu

Teymur Məmmədov çempion oldu
Oxunma sayı: 98

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışında 91 kq çəki dərəcəsində mükafatçılar müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, qalib adını Azərbaycan millisinin üzvü Teymur Məmmədov qazanıb. Olimpiya mükafatçımız finalda türkiyəli Burak Akşindən güclü olub. O, gərgin keçən döyüşdə 3:2 hesabı ilə qələbə qazanmaqla, çempion tituluna yiyələnib. Bu çəkidə 3-cü pillədə Abdulcəlil Abouhamda (Mərakeş) və Eldin Qoussun (Suriya) qərarlaşıblar.

Qeyd edək ki, yğmamızın heyətində Məmmədovadək Cavid Çələbiyev (60 kq) qızıl, Tamerlan Abdullayev (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq) gümüş, Tayfur Əliyev (56 kq) bürünc medal qazanıblar.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi