Teymur Rəcəbov FİDE reytinqində 5-ci yerə yüksəldi

Teymur Rəcəbov FİDE reytinqində 5-ci yerə yüksəldi
Oxunma sayı: 228

Gün.Az-ın verdiyi xəbərə görə, Azərbaycanın ən güclü qrossmeysteri Teymur Rəcəbovdur.

Onun Dünya kubokunda və Avropa Klub kubokunda uğurlu çıxışları Rəcəbovu sözügedən siyahıda beşinci yerə yüksəldib. Onun xal əmsalı 2781-dir.

Vüqar Həşimov 2757 xalla 11-ci yerdədir. Şəhriyar Məmmədyarov isə 2733 xalla 18-ci yerə düşüb.

İlk dörd yeri Maqnus Karlsen (Norveç, 2826), Vişvanatan Anand (Hindistan, 2811), Levon Aronyan (Ermənistan, 2802) və Vladimir Kramnik (Rusiya, 2800) tuturlar.

Komanda hesabında Azərbaycan orta statistik 2642 xal göstəricisi ilə 10-cu yerdədir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi