Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov 10luqda

teymur-recebov-ve-sehriyar-memmedyarov-10luqda
Oxunma sayı: 651

“Qafqazinfo” xəbər verir ki, kişi şahmatçıların yeni sıralamasında ilk onluqda iki azərbaycanlı qrossmeysteri yer ala bilib. Belə ki, Teymur Rəcəbov 2793 xalla 4-cü pillədə yerini qoruyub. 10-cu sırada isə 2764 xalla Şəhriyar Məmmədyarov qərarlaşıb.

Siyahıya 2848 xalla norveçli Maqnus Karlsen başçılıq edir. İkinci yerin sahibi Ermənistan təmsilçisi Levon Aronyan (2815), üçüncü yerin sahibi isə rusiyalı Vladimir Kramnikdir (2795).

Qadın şahmatçıların sıralamasında isə yalnız Gülnar Məmmədova sonuncu - 100cü sırada yer ala bilib (2363).

Sevinc