Teymur Şəhriyara qalib gəldi - Dünya kubokunda

teymur-sehriyara-qalib-geldi
Oxunma sayı: 2949

Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku turnirinin 1/8 final mərhələsinin görüşləri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov üz-üzə gəliblər. Şahmatçıların mübarizəsi tay-brekə qədər davam edib və Teymur 2-ci tay-brekdə qalib gəlib. O, ¼ finala keçib. 

Turnir oktyabrın 4-də başa çatacaq.