Təyyarə qəzasında hər iki pilot öldü

teyyare-qezasinda-her-iki-pilot-oldu
Oxunma sayı: 1095

Yeni Zelandiyada yüngül təyyarə qəzaya düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Diamond DA42” model təyyarə martın 23-ü günorta saatlarında Taupo şəhəri yaxınlığında radardan itib. Hava şəraiti əlverişsiz olduğuna görə, təyyarənin qalıqlarını ayın 24-ü tapmaq mümkün olub. 

Hər iki pilot dünyasını dəyişib. Qəzanın səbəbləri araşdırılır.