Təyyarə qəzaya düşdü

teyyare-qezaya-dusdu
Oxunma sayı: 647

Türkiyədə təyyarə qəzaya düşüb. “Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Antalya şəhərində kiçik həcmli təyyarə qəzaya düşüb.

Təyyarə yerə çırpıldıqdan sonra zərbənin təsirindən yanmağa başlayıb. Hadisə nəticəsində təyyarədəki 2 nəfər ölüb.
Mütəxəsislər hadisənin baş vermə səbəbi barədə açıqlama verib. Açıqlamada bildirilir ki, təyyarə həvəskar pilot tərəfindən idarə olunub.

Qeyd olunub ki, konstruksiyada nəzərdə tutulmayan yüksəklikdə idarə olunduğu üçün qəza baş verib.