Təyyarə sərxoş sərnişinlərə görə havaya qalxmadı

teyyare-serxos-sernisinlere-gore-havaya-qalxmadi
Oxunma sayı: 1693

Moskvanın Şeremetyevo hava limanında Antalya istiqamətində uçmağa hazırlaşan təyyarədə 3 sərnişin spirtli içki içərək dava salıblar.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu səbəbdən təyyarənin pilotu reysi icra etməyib.

Hadisə barədə hava limanı polislərinə məlumat verildikdən sonra sərxoş sərnişinlər saxlanılıblar.