Təyyarə təcili eniş etdi - İtə görə

teyyare-tecili-enis-etdi
Oxunma sayı: 2062

ABŞ-ın “United Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi təcili eniş edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABC telekanlı məlumat yayıb.

Məlumata əsasən, təyyarə Nyuarkadan Sent-Luisə hərəkət edirmiş. Göyərtədə aşkar edilən it səbəbindən hava gəmisi təcili eniş etməli olub. Daha sonra heyvan Ohayo ştatına sahibinə gödərilib. Sərnişinlərə isə təzminat ödəniləcəyi bildirilib.

Şirkət hadisənin detalları barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, son həftələrdə bu “United Airlines” şirkətində heyvanlarla bağlı baş verən 3-cü belə hadisədir.