Təyyarə yerə belə çırpıldı - Video

teyyare-yere-bele-cirpildi-video
Oxunma sayı: 636

ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Boeing-747"nin qəzaya uğramasını yaxınlıqdakı yoldan keçən maşınlardan birindəki kamera lentə ala bilib.

Baqram bazasından qalxan təyyarə 400 metr məsafəyə qalxandan sonra yerə çırpılaraq alov topuna dönüb. Videoda aydın görünür ki, təyyarə əvvəlcə qanadları üstə çevrilir. Sonra isə sürətlə yerə çırpılır. Bundan sonra partlayaraq alovlanır.

Qeyd edək ki, qəza nəticəsində 7 nəfər heyət üzvü ölüb. Qəzanın səbəbi hələlik bəlli deyil.