Təyyarədə ayaqyalın qadına görə dava çıxdı - Video

teyyarede-ayaqyalin-qadina-gore-dava-cixdi
Oxunma sayı: 2352

Qlazqodan Tenerifeyə uçan “Ryanair” təyyarəsinin sərxoş sərnişinləri ayaqqabısız qadına görə dava salıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, kişilərdən biri təyyarənin göyərtəsində ayaqyalın gəzən qadına kobud şəkildə xəbərdarlıq edib. Gənclərdən biri isə bu kobudluğuna görə ona irad bildirib. Söz savaşı daha sonra davaya çevrilib.

Lentə alınmış görüntüdə kişilərdən birinin üzündə qan izləri görünür. Tenerifedə eniş edən laynerin sərxoş sərnişinləri polis tərəfindən saxlanılıb. İnsident araşdırılır.