Təyyarədə insan ürəyi tapıldı - Pilot geri döndü

teyyarede-insan-ureyi-tapildi
Oxunma sayı: 3225

Amerikanın “Southwest Airlines” şirkətinə məxsus təyyarənin göyərtəsində insan ürəyi tapılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, orqanın Kaliforniyadan Sietlə donor təşkilatının nümayəndəsi tərəfindən aparılarkən laynerdə yaddan çıxarıldığı məlum olub. Kuryer təyyarədən enərkən ürəyi götürməyi unutduğundan o, Dallasa göndərilib.

Orqan tapıldıqdan sonra pilot təyyarəni geriyə qaytarmalı olub.