Təyyarəmiz niyə qəzaya uğrayıb?

teyyaremiz-niye-qezaya-ugrayib
Oxunma sayı: 656

Trend-in məlumatına görə, bu barədə "AZAL" QSC-nin vitse-prezidenti, qəzanın səbəblərinin araşdırılması üzrə komissiyanın rəhbəri İlham Əmirov cümə günü mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bundan əvvəl ekipajın 4 üzvünün - ikinci pilot Oleq Marşixinin (1979-cu il təvəllüdlü), bort mühəndisi Vladimir Şatobinin (1969-cu il), bortoperator Tapdıq Qəhrəmanovun (1964-cü il), aviatexnik Mehman Hüseynovun (1962-ci il) qalıqları tanınmışdı.

Göyərtədə 9 ekipaj üzvü olub.

Əmirovun dediyinə görə, təyyarənin "qara qutu"sunun şifrəsinin açılmasından sonra əldə olunan ilk məlumata görə, hava gəmisinin yerə enmə trayektoriyası əvvəlcədən təsdiqlənmiş enmə trayektoriyasına uyğun gəlmir. Lakin bunun səbəbi hələlik məlum deyil.

Onun sözlərinə görə, təyyarənin qəzaya uğramasına səbəb olan kənar amilin mümkünlüyü ehtimalı sıfıra bərabərdir.

"Qara qutu"nun şifrəsinin açılmasının nəticələri Əfqanıstandakı (qəzanını baş verdiyi ölkə) komissiyaya təqdim olunacaq.

AZAL-ın vitse-prezidenti həmçinin qeyd edib ki, indiyədək hava gəmisinin bort sisteminin parametrlərini qeydə alan ikinci "qara qutu" tapılmayıb. Şifrəsi oxunan "qara qutu" ekipajın danışığını qeydə alıb.