Təyyarəmizin qara qutusundan nə çıxacaq?

teyyaremizin-qara-qutusundan-ne-cixacaq
Oxunma sayı: 669

Qəzaya uğramış təyyarənin 10-20 hissəyə parçalanaraq tamamilə yandığı bildirilir. Bununla yanaşı artıq, yerli polis İl-76-nın yerə çırpıldığı ərazidə yanmış insan ətrafları aşkar edib. Tamamilə yanmış insan ətraflarının kimə məxsus olmasını müəyyənləşdirmək mümkün olmayıb.

Polis həmçinin İl-76-nın “qara qutu”sunu da aşkar edib.

ABŞ-ın ölkəmizdəki səfirliyi Azərbaycanın “Silk Way” aviaşirkətinə məxsus təyyarəsinin qəzaya uğraması barədə məlumatlandırılıb və müdafiə məsələləri üzrə attaşenin Bakı Ofisi insidentin araşdırılması və xilasetmə işlərinin aparılmasına yardım məqsədi ilə “Silk Way” şirkəti, ABŞ-ın Kabildəki səfirliyi və müdafiə məsələləri üzrə attaşenin Kabil Ofisi ilə sıx əlaqədə işləyir. Bu barədə “1news.az”a Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin məlumat verib.