Təyyarəni qaçırmaq istədi, özü bəlaya düşdü

teyyareni-qacirmaq-istedi-ozu-belaya-dusdu
Oxunma sayı: 909


Belarusun Dövlət Təhlükəsizlik Xidməti KQB bildirir ki, həmin şəxs iyunun 10-da Kutaisi şəhərindən Minskə uçan təyyarəni qaçırmağa cəhd edib.

O, təyyarənin pilotlarına yazılı əmr verib ki, təyyarəni Avropa Birliyi ölkələrindən birinə sürsünlər.

Əgər əmr yerinə yetirilməsə, həmin şəxs təyyarəni partladacağı ilə hədələyib.

Pilotlar təyyarəni Minskdə yerə endiriblər və adı çəkilməyən bu Gürcüstan vətəndaşı həbs olunub.

Həmin şəxsin yalnız 1973-cü ildə anadan olduğu bildirilir.