Təyyarəyə yarım saat gecikən nazir istefa verməli oldu

Təyyarəyə yarım saat gecikən nazir istefa verməli oldu
Oxunma sayı: 5013

İş səyahətinə çıxacağı təyyarəni yarım saatdan çox gecikdirən meksikalı nazir istefa verməli olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sərnişinlərin və medianın etirazı ilə qarşılaşan Ətraf Mühit və Təbii Sərvətlər naziri Josefa Gonzalez-Blanko istefa verib. 

İstefa səbəbini sosial şəbəkə vasitəsilə açıqlayan nazir “ədalət və bərabərlik dəyərlərinə uymalıyıq” sözlərini işlədib: “Heç bir səbəbi yoxdur. Heç kim üstünlüyə sahib olmamalıdır. Bir nəfərin mənafeyi çoxluğun rifahından üstün olmamalıdır”. 

Qeyd edək ki, Josefa Gonzalez-Blanko Meksikada bir həftədə istefa verən ikinci nazirdir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi