Təzə villaya köçdü - 1 milyonu köhnə villada unutdu

Təzə villaya köçdü
Oxunma sayı: 2550

Türkiyəli müğənni Demet Akalınla bağlı maraqlı məlumat yayılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni ötən qışda İstanbulun Beykoz səmtindəki villasını satıb və həmin bölgədə 18 milyona başqa villa alıb.

İfaçı yeni villasına köçərkən 1 milyon lirəsini (təxminən 438 min manat) köhnə villasında unudub. Pulu isə evdə təmir aparan fəhlələr tapıblar və bu barədə müğənniyə məlumat veriblər.

Həmin vaxt ölkə xaricində konsertdə olan D.Akalın vəkilini göndərib və pulunu fəhlələrdən alıb.

Köhnə villa

Yeni villa


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi