Təzəpir məscidinin təmirinə 2 milyon manat ayrıldı

tezepir-mescidinin-temirine-2-milyon-manat-ayrildi
Oxunma sayı: 1633

Azərbaycan prezidenti İlham Əliyev Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, sərəncama əsasən Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təzəpir məscidi kompleksində təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat ayrılıb.